Balama can demişəm
Ağlama can demişəm
Balamın dili açılan günə
Quzu qurban demişəm

Layla dedim yatasan
Qızıl gülə batasan
Qızıl güllər içində
Şirin yuxu tapasan

Laylası dərin bala
Yuxusu şirin bala
Tanrıdan əhdim budu
Toyunu görüm bala

Layla dedim yatanda,
Gözdüyərəm ay batanda,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.

Layla əməyim bala,
Duzum çörəyim bala,
Gözdüyürəm yekələn,
Görüm köməyin bala.


Laylay beşiyim layla
Öyüm eşiyim layla
Sən get şirin yuxuya
Çəkim keşiyin layla

Laylay dedim boyunca
Baş yastığa qoyunca
Pardaxlan qızıl gülüm
Bir qoxluyum doyunca


Balam layla a layla

Körpəm layla a layla



Layla dedim hemişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Döşəyinde bəvşə.

Layla dedim gündə mən,
Kölgədə sən gündə mən
İldə bir qurban olar,
Sənə qurban gündə mən

Layla əməyim bala,
Duzum çörəyim bala,
Gözdüyürem yekelen,
Görüm kömeyin bala.

Layla balam ağlama
Üreyimi dağlama
Yat yuxun şirin olsun
Yuxuma daş bağlama,

 

Laylay beşiyim laylay,

Evim, eşiyim laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay.

 

Laylay deyim boyunca

Baş yastığa qoyunca

Pardaxlan, qızıl gülüm

Bir iyləyim doyunca.

 

Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Qızılgül kölgəsində

şirin yuxu tapasan.

 

Balama can demişəm,

Ağlama can demişəm.

Balam dil açan günə

Quzu qurban demişəm.

 

Balam laylay, a laylay,

Körpəm laylay, a laylay.

 

 

 

 

Laylalar

Dünyada daha gözəl bir musiqi, nəğmə, melodi, bəstə varmıdır. Körpəni şirin yuxuya dalmağ üçün vucudunu.

beşik edərək daşıyan Ananın üstümüzü sevgiylə örtən yorğanıdır laylalar. Ana laylası Əziz Ana laylası müqəddəsdir.

Hansı yaşda olursansa ol, Sən həmişə bir uşaqsan Ana üçün. Anaları heç bir zaman unutmamalı, qədr qiymətini bilməli.

Laylaları toplayan və hazırlayan  Mirsadiq Musəvi

Laylalar   Dinlə

 

Balam layla, a layla!
Gülüm layla, a layla!


Layla dedim adına,
Haqq yetişsin dadına.
Hər layla eşidəndə,
Balam düşər yadıma.


Dağlara sərin düşər,
Kölgəsi sərin düşər.
Hər vaxt layla deyəndə
Yadıma Mikaelim düşər.


Balam layla, a layla!
Gülüm layla, a layla!

Layla beşiyim, layla,
Evim-eşiyim, layla,
Sən yat, yuxun alginən
Çəkim keşiyin layla!


Balam layla, a layla!
Gülüm layla, a layla!

Layla dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül bağın olsun,
Kölgəsində yatasan.


Balam layla, a layla!
Gülüm layla, a layla!

Layla dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.


Balam layla, a layla!
Gülüm layla, a layla!

 

Qızılgül butam, laylay,
Ətrinə batam, laylay,
Balam ərsiyə gələ,
Toyunu tutam, laylay

Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yastığın içində
Şirin yuxu tapasan

Laylay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.

Laylay, quzum, ağlama,
Ürəyimi dağlama.
Yat, yuxun şirin olsun,
Yuxuma daş bağlama.

Laylay, a gəlin bala,
Yuxusu dərin bala.
Tanrıdan əhdim budur,
Toyunu görüm, bala.

Laylay əməyim bala,
Duzum, çörəyim bala.
Gözlərəm böyüyəsən,
Görüm köməyin bala.

 

Layla, beşiyim, layla,
Evim, eşiyim, layla,
Sən get şirin yuxuya,
Çəkim keşiyin, layla.

Balam, layla, a layla!
Gülüm, layla, a layla!



Layla dedim, yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.

Balam, layla, a layla!
Gülüm, layla, a layla!

 

 

Bizim yerlər qalın meşə,

Taxtında otur həmişə,

Aranında gül bitsin,

Yaylağında bənövşə.

 

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Laylay dedim ucadan,

ünüm çıxdı bacadan,

Səni tanrı saxlasın,

Çicəkdən,qızılcadan.

 

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla dedim yatınca,

Gözlərəm ay batınca,

Canım zinhara gəldi,

Sən hasilə çatınca.

 

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla beşiyim, layla,

Evim.eşiyim, layla,

Sən yat, yuxun algınan

Çəkim keşiyin layla!

 

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

 

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Laylay dedim həmişə,

Karvan gedər enişə.

Yastığında gül bitsin,

Döşəyində bənövşə.

 

Laylay dedim gündə mən,

Kölgədə sən, gündə mən.

Ildə bir qurban olar,

Sənə qurban gündə mən.

 

Laylay əməyim bala,

Duzum çörəyim bala.

Gözlərəm böyüyəsən,

Görüm köməyin bala.

 

Bizim yerlər qalın meşə,
Taxtında otur həmişə,
Aranında gül bitsin,
Yaylığında bənövşə,


Balam layla, a layla!
Gülüm layla, a layla!

Layla dedim ucadan,
Ünüm çıxdı bacadan,
Səni tanrı saxlasın,
Çiçəkdən, qızılcadan.


Balam layla, a layla!
Gülüm layla, a layla!

Layla dedim yatınca,
Gözlərəm ay batınca,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.

 

Laylası dərin bala,

Yuxusu şirin bala,

Tanrıdan əhdim budur

Toyunu görüm, bala.

 


Balam layla, a layla!
Gülüm layla, a layla!

 




 

 

 

                                                                        

                                                                   Azerbaijan Links

Copyright © 2003-2006 Azerbaijan Links. All Rights Reserved.
Bütün materiyallar
Azerbaijan Links bağlıdır və onlardan istifadə edərkən
Azerbaijan Links
tərəfindən yazılı istəyiniz olmalıdır.Email: info@azlink.info
 

i